`İŞİD öz sıralarına 100 ölkədən uşaq cəlb edir`

«İŞİD terror hücumlarını həyata keçirmək məqsədi ilə təxminən 100 ölkədən uşaqları öz sıralarına cəlb eldir». Maidə.az-ın məlumatına görə, İraqın baş naziri Heydər əl-Abadi Bağdadda təşkil olunan  «İŞİD-in Uşaqları Silahlandırılmasının Qarşısının Alınması Konfransında» çıxışında bildirib. Ay ərzində 40-a yaxın xarici ölkədən gələn  intihar hücumçusunun İraqa keçdiyini bildiriən hökumət başçısı BMT-dən İŞİD-in bu davranışını insanlığa qarşı cinayyət  kimi qiymətləndirməsini istəyib.
 
Baş nazir  uşaqların və cəmiyyətin qorunması üçün tədbirlər görməyə çağırıb. Əl-Abadi həmçinin İŞİD-in və ümumiyyətlə terrorun mövcudluğan son qoyacaq bir nəsil yetişdirməyə də səsləyib.

Google+ WhatsApp ok.ru