Dünyada 13,5 milyon Fələstinli yaşayır

Dünyada 13,5 milyon Fələstinli yaşayır

-- Fələstinlilərin təqribən yarısı Fələstində, qalanı isə...

Dünyanın müxtəlif ölkələrində yaşayan Fələstinlilərin  ümumi  sayı 13,5 milyon nəfərə çatıb. Bu barədə “Zeytune” Tədqiqat və Məsləhət Mərkəzi yayımladığı hesabatda bildirib. 
 
Maide.Az “dunyabulteni”-nə istinadən xəbər verir ki,  “Zeytune” Tədqiqat və Məsləhət Mərkəzinin Beyrut filialının hazırladığı “2016-2017 Fələstin Strateji Hesabatı”nın təqdimatı zamanı mərkəzin direktoru Muhəmməd  Salih  bildirib ki, artıq 10 ildən artıqdır ki, belə hesabat hazırlanır. “Hesabatın hazırlanması üçün 14 mütəxəssis çalışıb.  2018-ci ilin əvvəlinədək  dünyanın müxtəlif ölkəlkərində yaşayan fələstinlilərin sayının 13,5 milyon nəfər olduğunu təxmin edirik”. 
 
O deyib ki,  Fələstinlilərin təqribən yarısı  (6 milyon 590 min nəfəri) Fələstində,  qalanı isə kənarda yaşayır. 
 
Hesabatda  Fələstinli qaçqınların hələ də dünyada  ən böyük  qaçqın toplusu olduğunu bildirən M.Salih bildirib ki, işğal altındakı  Fələstin torpaqlarında  Qərbi şəriyə və Qəzzada ümumilikdə 2 milyon 160 min  fələstinli yaşayır. 
 
 

Google+ WhatsApp ok.ru