Dünyanın ən kiçik kitabxanası telefon köşkündə yerləşir 13 Noyabr 2017 02:00 Maraq dünyası -- kitabxana çox populyardır, hətta tez-tez növbələr də olur Dünyanın ən kiçik kitabxanası İngiltərənin Uestberi–sab-Mendip şəhərində telefon köşkündə yerləşir. Maide.Az bildirir ki, şəhər sakinləri simvolik qiymətə (1 funt) telefon köşkünü alaraq, ondan dünyanın ən kiçik kitabxanasını düzəldiblər. Açıq havada yerləşən kitabxana ilin 365 günü, sutkanın 24 saatı açıq olur. Kitabxanadan hətta gecələr də istifadə etmək olar. Onun rəflərində müxtəlif mövzularda kitablar və disklər tapmaq mümkündür. Şəhərdə 800 sakinin yaşamasına baxmayaraq, kitabxana çox populyardır, hətta tez-tez növbələr də olur. (azertac) Teqlər : #Dünyanın ən kiçik kitabxanası telefon köşkündə yerləşir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tamamilə taxtadan inşa edilən zəlzələyədavamlı məscid - FOTO İnternetin kompüterlərinizi yoluxdurma təhlükəsindən xəbəriniz var?