Çeçenistanda 3 polisi öldürən 7 terrorçu öldürüldü (VİDEO)

Qroznıda xüsusi əməliyyat keçirilən Nəşriyyat Evində yeddi yaraqlının meyiti aşkarlanıb.
 
Bu barədə jurnalistlərə Çeçenistanın rəhbəri Ramzan Kadırov məlumat verib.
 
Qeyd edək ki, yaraqlıların olduğu avtomobili saxlamağa çalışan üç polis əməkdaşı öldürülüb. Daha sonra polis forması geyinmiş yaraqlılar Qroznıdakı Nəşriyyat Evində gizləniblər. Mühasirəyə alınan yaraqlılar baş verən atışmada öldürülüb.

Google+ WhatsApp ok.ru