Çeçenistan məktəblərdə hicaba icazə verdi

Çeçenistan məktəblərdə hicaba icazə verdi

Çeçenistan parlamenti dini geyimlərin lehinə qanun qəbul etdi.
 
Rusiya Federasiyası Çeçenistan Respublikasının Parlamenti məktəblilərə ənənəvi və dini paltar və ya simvolikadan istifadə etməyə icazə verib.
 
“Məlum qanun layihəsi təhsil təşkilatlarının fəaliyyətinin effektivliyinin və təhsil alanların konstitusyon hüquqlarının təmin edilməsinin yaxşılaşdırılması istiqamətində atılmış danılmaz hüquqi addımdır.”, - deyə spiker Maqomed Daudov bildirib.
 
Parlamentdə altının cızaraq qeyd ediblər ki, yeni qanunlar “Rusiya Federasiyasının Təhsil Haqda” olan federal qanunu ilə ziddiyət təşkil etmir.
 
Hicab və digər dini geyimlərin Rusiya məktəblərində geyilməsi məsələsi cəmiyyət içərisində dəfələrlə mübahisələrə səbəb olub. Yanvar ayının sonu təhsil ve elm naziri Olqa Vasilyeva bildirmişdi ki, dindar şəxslər öz dinlərinə olan münasibətlərini xarici atributlar vasitəsilə ifadə etməməlidir.
 
Nazirin sözləri Çeçenistan Prezidenti Ramzan Kadırovun sərt tənqidinə tuş gəlib. Onun fikrincə, hicab əleyhdarları digər məktəb problemlərinin həlli ilə məşğul olmalıdır. (islamazeri) /

Google+ WhatsApp ok.ru