Ekonomist: `Səudiyyə bütün cəbhələrdə geriyə addım atmaqdadır`

Ekonomist: `Səudiyyə bütün cəbhələrdə geriyə addım atmaqdadır`

Ekonomist jurnalı dərc etdiyi yazısında, 2016-cı il ərzində İrana qarşı kinli siyasətlər yürüdən Səudiyyə rejiminin geri addım atmağa başladığını qeyd edib.
Jurnalının təhlilinə əsasən, 2016-ci ilin əvvəlində bir çox vəzifəni üzərinə götürən Səudiyyə rejiminin vəliəhd şahzadəsi Məhəmməd bin Salman, "koma dövrü"nə bənzətdiyi ölkəsinin xarici siyasətinə son verib, İrana qarşı daha sərt siyasətlərin tətbiq olunacağından danışmışdı.
 
Ekonomist-in təhlilində belə qeyd olunub: "Məğlub edilməz kimi, hesab olunan Səudiyyə dəstəkli suriyalı döyüşçülər məğlub olmaq üzrədirlər. Bu ilin əvvəlində Yəmənin paytaxtı Sənanı işğal edəcəklərini iddia edən Səudiyyə generalları fikirlərini tamamilə dəyişdilər. Livanda prezident seçkilərində İran və Hizbullahı məğlub etməyə çalışan Səudiyyə uğursuzluğa düçar oldu. Bunlarla yanaşı, tətbiq etdiyi neft siyasətləri səbəbilə İranın məğlubiyyətə düçar olacağı xəbərini verən Səudiyyə, OPEK-in son iclasında İrana boyun əyməyə məcbur oldu.
 
Bütün bunlar nəzərə alındıqda, 2016-cı ilin sonunda Səudiyyə bütün cəbhələrdə geri addım atmaqdadır və xüsusilə İraqdakı şiə siyasətçilərin tənqidləri nəticəsində səfirini geri çağırmağa məcbur qaldı. Suriyada da bu ölkənin müqavimətləri qarşısında, Səudiyyənin Hələbdə dalana dirənən qüvvələri tamamilə məğlubiyyətə uğramaq üzrədir".
 
Ekonomist jurnalındakı təhlildə həmçinin Livan və Yəməndəki hadisələrə də toxunulub: "Səudiyyə Livanda açıq-aşkar geriyə addım atıb, İran tərəfdarı kimi tanınan siyasətçinin prezident seçilməsinə imkan verməyə məcbur oldu. Yəməndə isə bu ölkədəki Ənsarullah hərəkatının qüvvələrinin əzmli müqaviməti Səudiyyənin qüvvələrini böyük itkilərə məruz qoydu. Neft böhranında da Səudiyyənin bütün səylərinə baxmayaraq İran, istehsal payını yüksəltməyə nail olaraq Səudiyyəni hasilatı azaltmağa məcbur etdi".
 
Son olaraq Ekonomist-in yazısında, Səudiyyə rejiminin məğlub olduğu sahələrin təkcə hərbi və siyasi cəbhələrdə yox, bunun yanında özünün yumşaq gücü adlandırdığı sahədə də baş verdiyini açıqlayıb.(deyerler.org)

Google+ WhatsApp ok.ru