Ekskursiya avtobusu aşdı - 34 turist öldü

Ekskursiya avtobusu aşdı - 34 turist öldü

 
Tayvan adasında turistlə dolu ekskursiya avtobusu aşıb.
 
Trend-in məlumatına görə, içərisində 40-a yaxın turist olan avtobus Teybey şəhəri yaxınlığında aşıb.
 
Qəza nəticəsində ölən turistlərin sayı 34-ə çatıb. Ölənlərin 32-i yerində, 2-si isə daha sonra xəstəxanada dünyasını dəyişib.
 
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Avtobusun aşdığı yolda hərəkət dayandırılıb.
 

Google+ WhatsApp ok.ru