Ekspert Badamdar sürüşmə zonasında görülən işlərdən danışır

Ekspert Badamdar sürüşmə zonasında görülən işlərdən danışır

“Vertikal qazılmış 13 ədəd drenaj quyusundan hazırda 7-si bərpa edilib”.
 
Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərinşaat Layihə İnstitutunun geoloji şöbəsinin rəisi Samir Vəliyev Badamdardakı sürüşmə zonası ətrafında aparılan işlərdən danışarkən deyib.
 
Samir Vəliyev bildirib ki, quyular hazırda işlək vəziyyətdədir və orada daimi müşahidələr aparılır, qrunt sularının səviyyəsi ölçülür: “Əməkdaşlarımız tərəfindən davamlı aparılan monitorinqlər nəticəsində qrunt sularının səviyyəsində azalmalar müşahidə edilir. Bundan sonra 3 ədəd 3,5 diametrlik və 30 metr dərinliyi olan böyük quyular qazılacaq və həmin quyulardan yelpikvari formada drenajlarla sular çəkiləcək”.
 
Xatırladaq ki, yanvarın 9-da Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verdiyindən avtomobil yolu bağlanmışdı.
 
 
 

Google+ WhatsApp ok.ru