Ekspertlər Elşən Mustafaoğlunun həbsindən yazdılar...

Xəbər verildiyi kimi, bir neçə gündürki, ilahiyyatçı alim Hacı Elşən Mustafaoğlunun həbs xəbəri yayılıb
 

Bu məsələ ilə bağlı ölkə ictimaiyyəti də öz narahatçılığını bildiriblər.

Maide.az-ın birlik.az saytına istinadən bu münasibətləri təqdim edir:

Vüsal Hətəmov: "Anlaşılmazlıq kimi qəbul edirəm. Çünki başqa bir şey ağlıma gəlmir. Hazırda Doktor Elşən Mustafa kimi alimlər öz intellektləri ilə ölkəmizdə radikal dini mühitin yaranmasına, ölkədə din-dövlət qarşıdurmasının başvermə riskinə həmişə əngəl olubar. Əsl ziyalı olan Elşən Mustafaoğlunun haqqının bərpa olunması, istintaqın ədalətli olması ümidi ilə..!

 

 

Ərəstun Oruclu (Şərq-Qərb araşdırmalar mərkəzinin sədri): "İlahiyyatçı alim Elşən Mustafaoğlunu Facebookdan tanıyırdım, sonra bir tədbirdə görüşüb tanış olduq. Hər zaman yüksək mədəniyyətə, mütərəqqi düşüncəyə, geniş dünyagörüşə malik olan vətənpərvər insan kimi tanımışam. Tanıdığım 2 ilə yaxın müddətdə bu insanda zərrə qədər də dini radikalizm əlamətinə rast gəlmədim. İndi onu da həbs ediblər, özü də çox absurd bir ittihamla. Özü də elə özlərinin cızma-qara etdikləri "qanunları" növbəti dəfə ayaqları altına alaraq. Ölkənin yüzlərlə vətəndaşının əlinə silah götürüb, İraqda, Suriyada terrorçu dəstələrin sıralarında döyüşdüyü və belələrinin Azərbaycanın gələcəyinə təhdid yaratdığı bir zamanda, vəzifəsi onlarla mübarizə aparmaq olan dövlət qurumlarının Elşən Mustafaoğlu kimi sağlam düşüncəli insanı həbs eləməsi bir tərəfdən də anlaşılandır. Məqsəd ölkəni müxtəlif qəbildən olan terrorçu, ekstremist radikallardan təmizləmək yox, özlərini istənilən kəsimdən olan sağlam düşüncəli insanlardan sığortalamaqdır, çünki birincilərlə hər zaman asanlıqla dil tapa biləcəklərinə əmindilər. Elə mənim də buna əmin olmaq üçün kifayət qədər əsaslarım var".

 

Hacı İlqar İbrahimoğlu: “Xəbər verildiyi kimi, tanınmış maarifçi və ictimai fəal Elşən Mustafaoğlu həbs edilib. Anlaşılmaz səbəblər ucbatından və qaranlıq qalan məqamlar səbəbindən, Elşən Mustafaoğlu kimi bir ziyalı insan barədə həbs qəti-imkan tədbiri seçilib.  

Mən Elşən Mustafaoğlunu illərdir ki, tanıyıram. Çox dürüst, ləyaqətli, sadiq insandır. Mustafaoğlu araşdırmaçı-alim, ictimai fəal olmaqla yanaşı, çox aktiv maarifçıdır. Bununla bərabər, onun yanaşmalarında qırmızı xətt kimi hər zaman dövlətçilik təfəkkürü keçib.

Mustafaoğlunun həbsinə inanmaq olmur. Məmləkətin sayılı maarifçilərindəndir Elşən Mustafaoğlu. Hər zaman şəffaf, dürüst fəaliyyəti ilə seçilib.

Təəccüblüdür ki, E.Mustafaoğlu yenicə QMİ-də görəvli posta gətirilmişdi. 10 ildən artıqdır ki, TV-də müəllif proqramlarının aparıcısıdır. Hərtərəfli publik bir şəxsdir.

Bəs nə baş verdi?!  Elşən Mustafaoğlu kimi bir ziyalı nə etdi ki, onun barəsində məhz belə sərt qəti-imkan tədbiri seçdilər?! İnanmaq istəyirəm ki, tezliklə qapısı açılacaq, baş verən bu dəhşət, bir anlaşılmazlıq kimi izah ediləcək. Allaha pənah...”.

  

Fərid Abdulla (ilahiyyatçı): "Elşən Mustafaoğlunu, bәlkә dә, on ildәn çoxdur ki, tanıyıram. Onun adı çәkilәndә ilk zehnimә gәlәn şey hәlimlik, tolerantlıq, dözümlülükdür. Bir dәfә olsun belә, onun bihudә zarafat etdiyini, etik normalardan kәnara çıxdığını görmәdim. Daim gәnclәrlә işlәyib, kreativ fikirlәr irәli sürdüyünü, İslam dinini gәnclәrin başa düşәcәyi tәrzdә izah etdiyinin şahidi oldum. Hәr zaman, hәtta özündәn savadsız birinә belә ustad deyә müraciәt edәr, opponentinin sәhvini ona utana-utana çatdırardı. Çox duyğusal bir insan kimi xatirәmdә qalmışdır. Hәtta belә qәnaәtә gәlmişdim ki, kimisә hәbs etsәlәr dә, onu hәbs etmәk üçün bir bәhanә tapılmazdı. Çünki işlәrinә qarşı çox vasvası vә diqqәtcil idi. Onun özünü әsl ziyalı kimi aparması ilә hәmişә fәxr etmişәm.

 Bu haqlı tәriflәri uzada da bilәrәm. Lakin hәbs xәbәri mәni dә dostlar kimi şok etdi. Ümid edirәm ki, yanlışlıq olub. Tezliklә Hacı ailәsinә vә cәmiyyәtә qovuşacaqdır. Bu cür durumu kәskin şәkildә qınayıram".

 

 Bəhruz Salmanov (xeberlent.az saytının baş redaktoru): "Doktor Elşən Mustafaoğlunun həbsini təəccüblə qarşılayıram. Çünki bu dəyərli azərioğlu əsrlər boyu dövlətçiliyimizin və milli məfkurənin möhkəmlənməsinə xidmət edən milli-mənəvi dəyərlərimizə sadiq, AMEA-nın elmi işçisi və əməkdaşı, tarixçi, siyasətçi, sosioloq, televiziyada uğurla nəticələnmiş neçə verilişin, 30-dan çox elmi, publisist və analitik məqalənin, 5 elmi əsərin müəllifidir. Həmçinin xaricdən ölkəmizə ixrac olunan milli-mənəvi dəyərlərimizə və dövlətçiliyimizə qarşı yönəlmiş ideolojilərlə elmi mübarizə cəbhəsində öz bacarığı, elmi və səliqəsi ilə seçilən bir vətənpərvərdir. Belə bir insanın həbs edilməsini anlaşılmazlıq hesab edərək ölkə iqtidarının siyasəti və imici barədə müsbət fikir formalaşdırmayacağını düşünürəm. Ümid edirəm ki, bu məsələ ədalətli həllini tezliklə tapacaq. Atılan addım ölkə rəhbəri tərəfindən obyektiv şəkildə qiymətləndiriləcək".

 

 Famil Burxanoğlu (şərqşünas): "İstənilən məsələyə təəssübsüz yanaşan, yüz ölçüb bir biçmədən söz deməyən, bütün münasibətlərdə etik davranışları prioritet edən, ən ciddi mübahisələrdə belə, qarşı tərəfin qəlbinə dəyməmək üçün çox incə davranan, dini məsələlərə daha çox ağıl və məntiq prizmasından yanaşmağa üstünlük verən imanlı və səmimi insan, geniş dini dünyagörüşünə malik dəyərli alim doktor Elşən Mustafaoğlunun saxlanılmasında nə isə anlaşılmazlıq olduğunu düşünürəm. Çünki hamı onu radikallıqdan tamamilə uzaq, xalqına və dövlətinə bağlı bir insan kimi tanıyır. İnşallah ki, anlaşılmazlıq aradan qalxar".

Google+ WhatsApp ok.ru