Təşviqat mərhələsi başa çatdı

Dekabrın 22-də bələdiyyə seçkilərinin təşviqat mərhələsi başa çatıb. Seçkilər dekabrın 23-də keçiriləcək. Qanunla səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır, seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

23 dekabr seçkilərində ölkənin 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə 15035 üzv seçilməlidir. “Media forum” saytı bildirir ki, 37 min nəfərdən artıq şəxsin qatıldığı seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının 13 min 400-dən çox namizədi qeydə alınıb. Ana Vətən Partiyasının 159, Vətəndaş Həmrəyliyi Partiyasının 105, Böyük Quruluş Partiyasının  86, Demokratik İslahatlar Partiyasının 55, Ümid Partiyasının 50, Milli Dirçəliş Hərəkatı Partiyasının 27, Sosial Demokrat Partiyasının 21 namizədi var.

Ümumilikdə namizədlər arasında 30 partiyanın təmsilçisi yer alır. /

 

Google+ WhatsApp ok.ru