Ekspertlər: «Kommunal xidmətlərin qiymətləri artırıla bilər» - YENİLƏNİB

 
Tarif Şurası işıq və qaz pulu ilə bağlı açıqlama verdi
 
"Son günlər bəzi KİV-də elektrik enerjisinin və təbii qazın tariflərinin artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil".
 
Bu barədə Tarif (qiymət) Şurasının yaydığı bəyanatda qeyd olunub: "Elektrik enerjisinin və təbii qazın tariflərinin dəyişdirilməsi barədə Şuraya müraciət daxil olmayıb. Hazırda Tarif Şurasında bu məsələlər müzakirə edilmir".
 
***
 
«Exo» qəzeti bu günlərdə suyun əhaliyə satış qiymətinin artırılması fonunda ekspertlərlə kommunal xidmətləri müzakirə edib.
 
Ekspert Nəriman Ağayev qəzetə deyib ki, qiymət artımı bununla dayanmayaraq, davam edəcək. Amma o, bunun nə vaxt baş verə biləcəyini söyləməyib. Ekspertin deməsinə görə, bu sırada elektrikin qiymətinin də qaldırılacağı gözləniləndir. 
 
Ekspertlərdən Eyyub Hüseynov da kommunal xidmətlərə görə qiymətlərin bundan sonra qaldırılacağını istisna etməyib: ««Azərsu» əhalinin öncədən su məsrəfinə görə köhnə qiymətlə ödəniş etməsinin qarşısını alırdı. Bankomatlar vasitəsilə ödəniş etmək qeyri-mümkün idi. Bu da istehlakçı hüququnun pozulması deməkdir».
 
Ekspertlər qeyd ediblər ki, suyun qiyməti 30 faizdən çox bahalaşıb. Onlar maaş və pensiyaların da buna uyğun artırılmasını təklif ediblər.

Google+ WhatsApp ok.ru