Xarici ticarətdə azalma davam edir

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34.30 faiz azalıb.
 
Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumatda belə deyilir. Məlumatda qeyd edilir ki, idxal 23.8 faiz, ixrac isə, az qala, yarıbayarı (42.63 faiz) düşüb.
 
ƏSAS MALLARIN İXRACINDA AZALMA
 
Komitə bildirir ki, xam neftin 42.44, neft məhsullarının 56.06, təbii qazın 6.26, elektrik enerjisinin isə ixracı 55.46 faiz azalıb.
 
Bundan başqa, çayın 61.03, bitki və heyvan mənşəli yağların da ixracının 90.21 faiz azaldığı bildirilir.
 
Habelə, şəkərin 76.55, spirtli və spirtsiz içkilərin də ixracının 17.46 faiz azaldığı qeyd edilir.
 
Kimya sənayesi məhsullarının 85.45, alüminium və ondan hazırlanan məmulatların da ixracının 4.02 faiz azaldığı deyilir.
 
Qara metal, ondan hazırlanan məmulatların 268.95, pambıq ipliyin 86.55, meyvə-tərəvəzin 58.45, plastmas və onlardan hazırlanan məmulatların isə ixracının 1.82 faiz artdığı bildirilir.
 
ÇAY İDXAL LİDERİDİR
 
İdxalda əsas mallarda artım belə olub: meyvə-tərəvəz 109.87, ət 8.03, çay 200.23, şəkər 16.66, bitki və heyvan mənşəli yağlar 43.41 faiz.
 
Buğda idxalının azalması diqqət çəkir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə 46.39 faiz az buğda gətirilib.
 
Bundan başqa, əczaçılıq məhsullarının idxalı 15, mebel və hissələrinin gətirilməsi 17.3 faiz azalıb. Habelə, idxalda tütün, tütün məmulatları 61.82, nəqliyyat vasitələri və onların hissələri 59.72 faiz azalıb. (azadliq.org)

Google+ WhatsApp ok.ru