Elşad Mirinin cavabını Baloğlan Əşrəfov verdi

“İmamlar bizə atalarımızdan da əzizdir”

“Məhərrəmlik ayında toy, şadyanalıq etmək qəti qadağandır və bunu edənlər dinimizə qarşı hörmətsizlik edirlər”.
Maide.az xəbər verir ki, bu sözləri editor.az-a açıqlamasında müğənni Baloğlan Əşrəfov söyləyib.
 
Xatırladaq ki, mətbuata açıqlamasında Elşad Miri Məhərəmlik ayında toy etməyin günah olmadığını, İslamda bununla bağlı hər hansı qadağanın olmadığını söyləmişdi.
 
Baloğlan Əşrəfov isə bu iddianı qətiyyən qəbul etmir : “Biz gözümüzü açandan görmüşük ki, Məhərrməlik ayında toy, şadyanalıq etmək olmaz. Şəxsən mənim 40 övladım olsun, çatdıra bilməyib, bu halda belə onlara bu ayda toy etmərəm. Atan öləndə toy edirsən ki, imamlar öləndə toy edəsən. İmamlar bizə atalarımızdan da əzizdir. O ki qaldı Elşad Miriyə, Allah onun canını sağ eləsin, ona əcr versin”.

Google+ WhatsApp ok.ru