Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi

Eldar Mahmudov Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.
APA-nın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Musavat.com prezidentin saytında dərc olunmuş həmin sərənvamın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin.
Qeyd edək ki, nazirin yerinə hələlik kimsə təyin edilməyib.
Eldar Mahmudovun yaxınlarda işdən çıxarılacağı ilə bağlı son vaxtlar siyasi dəhlizlərdə söyləntilər dolaşırdı. Bunun  əsas səbəbi kimi də sabiq nazirin qudası, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin başçılığı altındakı bir qrupun ölkənin bank və maliyyə sektorunu çökdürməyə yönəlik əməlləri idi. Bu qrup ölkənin milli təhlükəsizliyi etibar edilmiş nazirə -  Eldar Mahmudova ən yaxın kadrlar idi və onun bu cinayətlər barədə prezidentə məlumat belə verməməsi çoxsaylı suallar doğururdu./

Google+ WhatsApp ok.ru