Eldar Mahmudovun qohumu saxlanıldı

Vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun indiyə qədər medianın diqqətindən kənar qalan biznesi, vəzifədə olan yaxın qohumları ilə bağlı məsələlər ciddi müzakirə olunmaqdadır.
 
Məlumata görə, Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra öz qohumu Beytulla Hüseynovu Bakı Telefon Rabitəsi İstehsalat Birliyində rəhbər vəzifəyə gətizdirib.
 
Həmin vaxtdan bəri o, burada sədr işləyir. Məlumat üçün bildirək ki, BTRİB-ə rəhbərlik Bakı şəhərində olduqca strateji vəzifələrdən sayılır. Belə görünür ki, Eldar Mahmudov da telefonların rahat şəkildə dinlənilməsi üçün öz yaxın qohumunun yardımından istifadə edib.
 
Məlumata görə, artıq hüquq-mühafizə orqanlarının əməkdaşları Birliyi nəzarətə götürüblər. Həmin idarədə yoxlamaların başlandığının   və Beytulla Hüseynovun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilir. azadıq.info/

Google+ WhatsApp ok.ru