Bəhreyn rejimi İmam Hüseyn (ə) əzadarlarına qarşı gözyaşardıcı qazdan istifadə edir-FOTO

Bəhreyn rejimi qüvvələri zəhərli gözyaşardıcı qazdan istifadə etməklə İmam Hüseyn (ə)  əzadarlarına hücum ediblər.
 
Maide.az xəbər verir ki, insanların Bəhreyn rejimi qüvvələri tərəfindən əzadarlıq məclislərinin və Məhərrəm ayı ilə bağlı plakatların qadağan edilməsinin ardınca, Çərşənbə axşamı günü hökümət qüvvələri ilə əzadarlar arasında toqquşma baş verib.
 
Məlumata görə, Rejimin təhlükəsizlik qüvvələri hələ Məhərrəm ayından əvvəl öz anti-şiə tədbirlərinin yeni mərhələsini başlatmış və ölkənin ən azı yeddi rayon və kəndinə hücum etmişdilər.
 
Eyni zamanda, Bəhreyn İnsan Hüquqları Şurasının sədri Yusif Rəbi bu addımları pisləyərək bildirib ki, bu hərəkətlər xalqla hakim rejim arasında böyük çatların yarandığını, rejimin istənilən dialoq və tolerantlığa qarşı çıxdığını göstərir.
 
Şura həmçinin qeyd edib ki, Məhərrəm ayı ərzində Bəhreyn rejimi tərəfindən baş verən zorakılıqlarla bağlı 11 şikayət ərizəsini BMT məruzəçisi Henry Bill Valdta təqdim edib.
 
Bunların baş verdiyi bir vaxtda, bir çox beynəlxalq hüquq müdafiə təşkilatları Bəhreyn rejimini insan haqlarını pozmaqda və dini əqidə azadlığını saymamaqda ittiham ediblər.
 
2011-ci ilin fevral ayının ortalarından bəri minlərlə bəhreynli dinc aksiyalar keçirərək rejimin hakimiyyətdən getməsini tələb ediblər.
 
Bu etirazlar rejim tərəfindən qəddarcasına dağıdılıb, yüzlərlə etirazçının həlak olması və yaralanmasından əlavə, ölkənin çox sayda vətəndaşına qarşı isə həbsxanalarda işkəncə və istintaq aparılır.  /
 
 

Google+ WhatsApp ok.ru