Erdoğan indi də Google-la çəkişir, amma o tək deyil 07 Mart 2017 02:00 Dünya Türkiyə Google internet axtarışı nəhənginin populyar Android proqramının ölkənin antiinhisar qanunlarını pozub-pozmadığı barədə iddiaların araşdırılmasına başlayıb. “The New York Times” yazır ki, bu, Google axtarış mühərrikinin üzləşdiyi ilk hüquqi çəkişmə deyil. Ona qarşı Avropada üç antirəqabət iddiası araşdırılır. Bundan əvvəl Rusiya Google-ın onun antiinhisar qanunvericiliyini pozduğu barədə qərar qəbul etmişdi. Şirkətə qarşı habelə Birləşmiş Ştatlarda təhqiqat aparılıb. Google özünə qarşı iddiaları rədd edir və bildirir ki, onun axtarış və internet xəritələri kimi rəqəmsal xidmətləri heç bir qanun pozuntusuna yol verməyib. Qərb mediası yazır ki, ümumiyyətlə Google Silikon vadisinin Facebook və Amazon kimi nəhəngləri ilə bütün dünya boyu getdikcə daha çox çəkişmələrə girişməli olur. Lakin Türkiyəyə gəlincə, bu, Google şirkətinin bu ölkədə üzləşdiyi ilk problem deyil. Bundan əvvəl prezident Erdoğan Google şirkətinin populyar YouTube kanalını dəfələrlə bloklayıb. Bu da qeyd olunur ki, Türkiyə prezidenti sosial şəbəkələrə özünün siyasi opponentlərinə görə hücumlar edir. Türkiyədə qaldırılmış son iddia şirkətin Android proqramı bağlamasına daxil rəqəmsal xidmətləri necə göstərməsi ilə əlaqədardır. Android-dən bütün dünya üzrə smartfonların 75 faizi istifadə edir. Ötən il Google şirkətinə qarşı iddianı onun Rusiyadakı rəqibi Yandex də qaldırmışdı. Yandex şikayət edirdi ki, mobil telefon şirkətləri öz məhsullarını Google şirkətinə sərfəli sistemlə istehsal edirlər. Belə telefon dəstləri Google şirkətinin Android-ini işlətmək məcburiyyətində qalırlar. Türkiyənin rəsmi rəqabətə nəzarət agentliyi bundan əvvəl Yandex-in şikayətinə qoşulmayacağını bildirsə də, sonradan qərarını dəyişib. Bundan əvvəl Google şirkətinin rəqabət qanunlarını pozduğuna dair iddiaları Avropa Komissiyası da araşdırmışdı.(azadliq.org) Teqlər : #Erdoğan indi də Googlela çəkişir,#amma o tək deyil, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pakistan və Əfqanıstan sərhəddində atışma, 15 nəfər həlak oldu KXDR Malayziya vətəndaşlarına ölkədən çıxmağı qadağan edib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO