Erdogan: `Türkiyəni parçalamaq istəyirlər` 16 Sentyabr 2015 01:00 Dünya Türkiyə prezidenti Recep Tayyip Erdogan qaçqın böhranı və regionda gedən proseslərdən danışıb. O deyib ki, Avropa Birliyinin 28 ölkəsi 450 min qaçqın qəbul elədiyi halda, Türkiyə bu gün 2 milyon yarım qaçqın qəbul edib. “Avropa vahiməyə düşüb və deyir ki, sadəcə xristianları qəbul edirəm. Avropadakı dostlarımız əmin olmalıdılar ki, bu insanların hədəfi onların ölkəsi deyil, əslində onlar öz evlərində, öz ölkələrində yaşamaq istəyirlər. Amma indi onların ölkəsi elə bir hala düşüb ki, yaşamaq mümkün deyil. Bunun bir həlli yolu var, onların ölkələrində müharibə dayandırılmalıdır. Bəzi ölkələr Suriyaya hərbi təyyarələr göndərir, biz isə insani dəstək veririk. Qərb ölkələri ölüm-dirim mübarizəsində olan bu insanlara arxa çevirməməlidir” Erdogan daha sonra terror təhlükəsindən danışıb və hazırda ölkənin yeni terror təhlükəsi ilə üzləşdiyini deyib. O deyib ki, terrorçuluğa xaricdən dəstək və silah verənlərin məqsədi Türkiyəni parçalamaqdır və buna bəzi daxili media orqanları da dəstək verir: “Bütün dünyaya səslənirəm, Türkiyəni parçalamaq sizə nə verəcək?" Erdogan sonda deyib ki, dünən Türkiyəyə xəyanət edənlər bu gün artıq yoxdur, bu gün xəyanət edənlər də sabah yox olub gedəcəklər: "Bu sıxıntılar ötəridir və biz yenə də qardaşcasına yaşamaqda davam edəcəyik." / Teqlər : #Erdogan: `Türkiyəni parçalamaq istəyirlər`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tacikistanda atışma baş verib, ölənlər var Qurban bayramında 9 gün iş olmayacaq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO