Ermənilərlə təmas xəttində monitorinq keçirildi

Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yaydı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Xocavənd rayonu Kuropatkino kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilib. 
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Jiri Aberle keçiriblər.
 
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Piter Svedberq keçiriblər
 
Qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Google+ WhatsApp ok.ru