Ermənilər mülki şəxsi güllələdi

44 yaşlı Çingiz Aslanov bud nayihəsindən güllə yarası alıb

Bu gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində mülki şəxs yaralanıb. Rayon icra hakiminin müavini Tahir Musayevin verdiyi məlumata görə, hadisə Qazax rayonunun Məzəm kəndində baş verib. 
 
Yaralanan şəxs 1970-ci il təvəllüdlü Çingiz Mədət oğlu Aslanovdur. Güllə onun sağ bud nahiyəsini dəlib keçib. 
 
"O, xəstəxanaya yerləşdirilib. Hazırda yaralının vəziyyəti normaldır. Həyatı üçün heç bir təhlükə yoxdur”, - deyə Tahir Musayev bildirib.
 
Qeyd edək ki, ötən gün cəbhə xəttində ermənilərin hücumu nəticəsində Azərbaycanın 9 hərbçisi şəhid olub.
Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsə Ziyad oğlu
Şirvan şəhərindən hərbi xidmətə çağırılmış, müddətdən artıq hərbi xidmət keçən Elvin Əsgərov
Masallı rayonundan hərbi xidmətə çağırılmış əsgər Əli Rəhimov
Xaçmaz rayonundan hərbi xidmətə çağırılmış Mustafa Əlicoşqunov
Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov
Quba rayonundan hərbi çağırılmış Elnur İbrahimov
Tovuz rayonundan hərbi xidmətə çağırılmış Vüqar Poladov
Ağdam rayonundan hərbi xidmətə çağırılmış, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü əsgər Əhmədov Qaryağdı Eldar oğlu 
Sumqayıtdan hərbi xidmətə çağırılmış Hüseyn Abidinov
 
Düşmənlə atışmada Azərbaycan Ordusunun daha 4 hərbçisi yaralanıb.

Google+ WhatsApp ok.ru