Ermənistan ordusunda yeni ölüm xəbəri

Avqustun 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər istiqamətində Azərbaycan və erməni silahlı birləşmələri arasında baş vermiş şiddətli toqquşmada yaralanan erməni hərbçisi Sarkis Movsisyan hərbi hosbitalda ölüb.
 
Maide.az-ın məlumatına görə, bu haqda danışan Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bildirib. 
 
Qeyd edək ki, erməni mətbuatı həmin gecə Tərtər istiqamətində erməni ordusunun baş leytenantı Xoren Gevorkyanın öldürüldüyünü və daha  3 erməni əsgərinin yaralandığını yazıb.

Google+ WhatsApp ok.ru