Ermənilər Ağstafada 10 yaşlı uşağı yaralayıblar 06 Avqust 2014 01:00 Hərb Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağstafa rayonunun Köhnə Qışlaq kənd sakini yaralanıb. Ağstafa rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, bu gün səhər saatlarında rayonun Köhnə Qışlaq kənd sakini, 2004-cü il təvəllüdlü Abbasov Qoşqar Teymur oğlu boyunun qəlpə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Uşağın vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, ötən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Ağstafa rayonu istiqamətində üzbəüz mövqeləri atəşə tutublar. 10 yaşlı Qoşqar Abbasov da bu zaman qəlpə yarası alıb. Teqlər : #Ermənilər Ağstafada 10 yaşlı uşağı yaralayıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədən YENİ XƏBƏR: ermənilər daha bir hərbçimizi vurdu Azərbaycan Müdafiə Nazirliyi Ağdamın Mirəşelli kəndi istiqamətində döyüşlərin getməsi barədə məlumatları təkzib edib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'