Erməni komandir: `Müvəqqəti sakitlikdir`

Manvel Yeqizaryan: `Soçi görüşü regiona yalnız müvəqqəti sakitlik gətirəcək`

"Soçi görüşü regiona yalnız müvəqqəti sakitlik gətirəcək".
 
Bu sözləri "Arabo" batalyonunun komandiri Manvel Yeqiazaryan deyib. O, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin ötən günki görüşünü şərh edib.
 
Yeqizaryan qeyd edib ki, görüşdə dövlət başçıları ümumi razılığa gəlməyiblər və birgə bəyanat verilməyib:
 
"Heç nə dəyişmədi. Serj Sarkisyan və İlham Əliyev öz fikirləri üzərində durdular. Sülh və
təhlükəsizliyə zəmanət verilmədi. Regioanda sülh və təhlükəsizliyə yalnız Qarabağda sülhü bərqərar etməklə nail olmaq olar". 
 
Xatırladaq ki, 10 avqust tarixində Soçidə Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan prezidenti Serj Sarkisyan arasında üçtərəfli görüş olub.

Google+ WhatsApp ok.ru