Ermənistan şokda: Sevan gölü (Göyçə) sürətlə quruyur və çirklənir

“Sevan gölünün (Göyçə) çirklənməsi Ermənistanın bütün içməli suyunu təhlükə altında qoyur”. Erməni mətbuatının məlumatına görə, belə bir iddia ilə mütəxəssis Knarik Ovanesyan çıxış edib. Ovanesyan qeyd edib ki, gölün sahil zolağında suyun sürətlə quruması çirklənməni də sürətləndirir: “Çirklənmə Ermənistanın bütün içməli su qaynaqlarını təhlükə altında qoyur. Hökumət gölün qurumasının qarşısını almağa çalışsa da bu səthi xarakter daşıyır. Sahillərdə aparılan işlər dayandırılıb. Sahil zolağındakı obyektlər çirkliliyin artmasında əsas rol oynayır. Lakin dəfələrlə hökumət dairələrinə müraciətlər olunsa da strukturların sökülməsi işi reallaşdırılmır. Nəticədə isə çirklənmə riski günü-gündən böyüyür”. Ermənistanın ekologiya naziri Aramayis Qriqoryanın sözlərinə görə, Göyçə gölü 2013-cü illə müqayisədə 9 sm aşağı enib. Dövlət Su İşləri Komitəsinin sədri Andranik Andreasyan da göldə qurumanın müşahidə edildiyini bildirib. (“OLAYLAR”)

Google+ WhatsApp ok.ru