Ermənilərin Tərtərdə girov götürdüyü 15 yaşlı uşaqla bağlı yeni xəbər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində girov götürülən Azərbaycan vətəndaşı II qrup əlil Cavid Məmmədovun ailəsinə məlumat çatdırılıb. 
 
Anspress xəbər verir ki, bu barədə BQXK-nin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
 
Onun sözlərinə görə, BQXK əməkdaşları Cavid Məmmədova baş çəkiblər.
 
Azərbaycan vətəndaşı Cavid Məmmədov 5 sentyabrda Tərtər rayonunun Aşağı Çaylı istiqamətində erməni əsgərləri tərəfindən girov götürülüb. 15 yaşlı Cavidin II qrup əlil olduğu bildirilir.
 
Qeyd edək ki, Erməni əsgərləri dəfələrlə cəbhə xəttinə yaxın kəndlərdə məktəbli uşaqları atəşə tutub. 2011-ci ilin martın 8-də Ermənistan Silahlı Qüvvələrinin snayperi tərəfindən 8 yaşlı Fariz Bədəlov həyətlərində oynayarkən qətlə yetirlimişdi. Ötən ay isə emənilər 2 məktəbiyə atəş açmışdılar. Nəticədə onlar xəstənaya yerləşdirilmişdi.

Google+ WhatsApp ok.ru