Ermənilərin əlində olan Azərbaycan vətəndaşı qaytarıldı

Təmas xəttini 5 sentyabr 2014-cü ildə keçən Azərbaycan vətəndaşı sentyabrın 11-də Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Azərbaycan hökumətinə təhvil verilib. Təhvilvermə Azərbaycanın Ağdam rayonunun Baş Qərvənd kəndi yaxınlığında olub. Repatriasiyadan əvvəl BQXK nümayəndələri bu şəxsə baş çəkərkən onun özü geri dönmək istədiyini bildirib.
 
Xəbəri “Media forum”a BQXK-nın Azərbaycan nümayəndəliyi verib.Mediaforum/

Google+ WhatsApp ok.ru