Erməniyə baş çəkdilər 17 Sentyabr 2014 01:00 Hərb Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycana keçmiş Ermənistan vətəndaşına baş çəkib. Bu barədə açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. O bildirib ki, görüş sentyabrın 16-da baş tutub. Saxlanılan şəxsdən ailəsi üçün məlumat götürülüb. Qeyd edək ki, 53 yaşlı Sarkis Ananyan Ermənistanın Tavuş vilayətinin Noyamberyan rayonundandır. Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, o avqustun 26-sı Qazaxın Kəmərli kəndi istiqamətindən könüllü olaraq Azərbaycan tərəfə keçib. Teqlər : #Erməniyə baş çəkdilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədən son xəbər 2 rayonumuz atəşə tutuldu
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'