Erməni silahlı bölmələri bu gecə mövqelərimizi atəşə tutublar

Cəbhə xəttində atəşkəs yenidən pozulub.
 
Maide.az-ın məlumatına görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
 
Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 
 
Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Google+ WhatsApp ok.ru