Ermənistan Ordusu ötən ay atəşkəs rejimini 452 dəfə pozub 05 Dekabr 2014 02:00 Hərb Cari ilin noyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 452 dəfə pozulub. Maide.az xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir hərbi qulluqçusu şəhid olub. Atəşkəsin ən çox pozulması faktı Füzuli cəbhəsində qeydə alınıb. Bu istiqamətdə ermənilər tərəfindən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri 131 dəfə atəşə tutulub. Qarabağ cəbhəsində atəşkəsin pozulma sayına görə sonrakı yerdə cəbhənin Ağdam rayonu istiqaməti (118 dəfə), Xocavənd rayonu (58 dəfə), Tərtər rayonu (32 dəfə), Cəbrayıl rayonu (31 dəfə), Goranboy rayonu (25 dəfə), Göygöl rayonu (3 dəfə) qərarlaşıb. Ermənistan-Azərbaycan dövlət sərhədində isə Tovuz rayonu istiqamətində 29, Qazax rayonu istiqamətində 17, Ağstafa rayonu istiqamətində 5, Gədəbəy rayonu istiqamətində isə 3 dəfə atəşkəs pozulması faktı qeydə alınıb. Oktyabr ayı ilə müqayisədə noyabrda atəşkəs pozulmalarının sayında 78,6% artım olub. Noyabr ayında qoşunların təmas xəttində atəşkəs sazişinin imzalandığı 1994-cü ildən sonra ilk dəfə vertolyotun məhv edilməsi hadisəsi də baş verib. Noyabrın 12-də Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçən Ermənistan Silahlı Qüvvələrinin Mi-24 tipli zərbə helikopteri Ağdam cəbhəsində Azərbaycan Ordusunun mövqelərinə hücum zamanı məhv edilib. Hadisə zamanı 3 erməni pilotu ölüb. Qeyd edək ki, Ermənistan Ordusu tərəfindən 2014-cü ilin 11 ayı ərzində cəbhə xəttində atəşkəs rejimi avqust ayının ilk günlərində bütün cəbhə boyu baş verən döyüşlər istisna olunmaqla, 3640 dəfə pozulub. Ötən dövrdə baş vermiş atəşkəs pozuntularının əsas hissəsi - 1543 hadisə yanvar ayına təsadüf edib. Yanvarda 1543, fevralda 258, martda 229, apreldə 212, mayda 260, iyunda 344, iyulda 414, avqustda 332, sentyabrda 103, oktyabrda 253, noyabrda 452 atəşkəs pozuntusu faktı qeydə alınıb. İyul ayının sonu, avqust ayının ilk günlərində isə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində - cəbhənin bütün istiqamətlərində intensiv döyüşlər gedib. Teqlər : #Ermənistan Ordusu ötən ay atəşkəs rejimini 452 dəfə pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Obama Pentaqonun yeni rəhbərinin adını bu gün elan edəcək Dağlıq Qarabağda erməni əsgəri intihar edib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'