Erməni nazirin qəfil təlaşı

Ermənistanda nəsə ciddi proseslər baş verir. 
 
Müxalifətin parlamenti tərk etməsindən və Serj Sarkisyanın evinə hücum edilməsindən sonra, müdafiə naziri Seyran Ohanyan təcili Qarabağa səfər edib.
 
Ermənistan müdafiə nazirliyinin yaydığı məlumata görə, Seyran Ohanyan işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan - Azərbaycan qoşunlarının təmas xəttinə baş çəkib. O, erməni əsgərlərinin qərar tutduğu istehkamları yoxlayıb, gənc əsgərlərlə tanış olub. 
 
Erməni mətbuatı Seyran Ohanyanın doğulduğu Azərbaycan torpaqlarına təcili səfərini hakim “Qarabağ” klanının qaçmağa hazırlaşması kimi dəyərləndirirlər. Yəni Serj Sarkisyan və çevrəsi qaçmaq üçün indidən özünə yer tədarükü eləyir. Erməni müxalifəti ayağa qalxarsa, yəqin ki, hava limanını tutacaq və “Qarabağ” klanı ara yollarla Qarabağa qaçmaqdan başqa yol tapa bilməyəcək. Ondan sonra da yəqin ki, onların taleyini Azərbaycan həll edəcək. 
 

Google+ WhatsApp ok.ru