Ermənistan Avrasiya İttifaqnın bir addımlığında 23 Dekabr 2014 02:00 Dünya Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb. Müvafiq sənəd Ermənistanın Avrasiya İqtisadi İttifaqı müqaviləsinə, habelə Gömrük İttifaqı çərçivəsində imzalanan digər beynəlxalq sənədlərə qoşulmasını nəzərdə tutur. Ümumdünya Ticarət Təşkilatının üzvü olan Ermənistanın tarif öhdəliklərinə yenidən baxılacağı, habelə Avrasiya İqtisadi İttifaqının Vahid Gömrük Tarifinə düzəlişlərin ediləcəyi gözlənilir. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında saziş 2014-cü ilin mayın 29-da Rusiya, Belarus və Qazaxıstan tərəfindən imzalanıb. Sənəd 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minir. (APA) Teqlər : #Ermənistan Avrasiya İttifaqnın bir addımlığında, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ Fətullah Gülən məsələsinə açıqlama verdi Tehranda terror qurbanarının xatirəsi anılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO