Ermənistanın Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb 23 Yanvar 2015 02:00 Hərb Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Maide.az xəbər verir ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib. Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib. Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır. Teqlər : #Ermənistanın Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilər mövqelərimizi qumbaraatandan atəşə tutublar Azərbaycanda snayper üzrə kurslar başlayır
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'