Erməni nazirdən vurulmuş helikopterlə bağlı mühüm – ETİRAF

Ermənistanın müdafiə naziri Seyran Ohanyan ötən il noyabrın 12-də Dağlıq Qarabağda vurulan hərbi helikopterin kursdan kənara çıxdığını etiraf edib.
 
Oxu.Az-ın “Armenian Today” portalına istinadən verdiyi məlumata görə, S.Ohanyan helikopterin vurulması faktı ilə bağlı xidməti təhqiqat apardıqlarını söyləyib:
 
“Bu hadisə ilə əlaqədar bəzi insanlar töhmət alıblar və işdən çıxarılanlar olub. Təlim uçuşu həyata keçirən helikopterin heyəti bir qədər kursdan kənara çıxıb”.
 
Xatırladaq ki, 2014-cü il noyabrın 12-də saat cəbhənin Ağdam rayonununda Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar edən, ordumuzun mövqelərinə hücuma keçməyə cəhd göstərən “Mi-24” tipli düşmən helikopteri məhv edilmişdi. Hadisə nəticəsində helikopterin 3 nəfərdən ibarət ekipaj üzvü ölmüşdü.

Google+ WhatsApp ok.ru