Ermənistanda iki ildir maaş almayan fəhlələr üsyan qaldırdı - VİDEO 19 Mart 2015 02:00 Dünya İki ildir əmək haqlarını ala bilməyən "Nairit" zavodunun işçiləri Ermənistan paytaxtı Yerevanda hökumət binası önündə növbəti etiraz aksiyası keçiriblər. Publika.az xəbər verir ki, onlar iki illik maaşlarını tələb edirlər. Qeyd edək ki, zavodun yüzlərlə işçisi mütəmadi olaraq Ermənistan prezidentinin iqamətgahı və hökumət binası önündə piketlər keçirir. "Nairit" zavodunun əməkdaşları etiraz aksiyalarını 2012-ci ildən keçirirlər. Vaxtilə böyük tələbatı olan xloropren kauçuku istehsal edən zavod son illər ciddi problemlərlə üzləşib. Bir neçə dəfə zavodun sahibkarları dəyişib. Hazırda Rhiniville Property Limited şirkətinə məxsus olan zavod istehsal etdiyi məhsula tələbat azaldığına görə 2009-ci ildən istehsalatını dayandırıb. Bir neçə gün əvvəl etirazçılarla energetika və təbii ehtiyatlar naziri görüşüb, lakin hələlik zavodun əmək haqqı üzrə onların borclarını ödəmək iqtidarında olmadığını bildirib. İşçilər deyirlər ki, nazirin cavabı onları qane etməyib./ Teqlər : #Ermənistanda iki ildir maaş almayan fəhlələr üsyan qaldırdı VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tunislilər terror aktından sonra küçəyə töküldü Yəməndə prezident sarayına təyyarə ilə hücum edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO