Erməni əsgər su içdi və öldü

Ermənistan ordusunun ölən əsgəri ilə bağlı təfərrüatlar açıqlanıb.
 
Maide.az ANS Pressə istinadən məlumat verir ki, bir neçə gün öncə ölən əsgər Ayk Markaryan qəflətən dünyasını dəyişib. Halı pisləşən əsgər yoldaşlarından su istəyib. Ayk Markaryan su içdikdən sonra huşunu itirib. Hospitala aparılan erməni əsgər yolda dünyasını dəyişib.
 
Ermənistan tərəfi əsgərin ölüm səbəblərinin hələ dəqiq müəyyən edilmədiyini və şübhələr olduğunu güman edir.
 
Qeyd edək ki, əsgər Ayk Markaryan 22 mart tarixində ölüb. 1992-ci il təvəllüdlü əsgər 2013-cü ildə hərbi xidmətə çağırılıb. Markaryanın təxris olunmasına 1-2 ay qaldığı məlum olub.

Google+ WhatsApp ok.ru