Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində monitorinq keçirilib

 ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 5-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Maide.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Yevgeni Şarov və Saymon Tiller keçiriblər.

Google+ WhatsApp ok.ru