Ermənistanda qətlə yetirilən rusiyalı hərbçinin işinə Rusiyada baxılacaq 18 İyun 2015 01:00 Hərb Ermənistanda qətlə yetirilən rusiyalı hərbçi İvan Novikovun işinə Rusiyada baxılacaq. Bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib. Bildirilib ki, belə bir qərarın qəbul edilməsinin səbəbi qətlə yetirilən və cinayətdə şübhəli bilinən şəxslərin Rusiya hərbi qulluqçuları olmasıdır. Qeyd edək ki, bundan öncə rusiyalı hərbçinin qətlinin Rusiya və Ermənistan müvafiq strukturlarının birgə araşdıracağı barədə məlumat yayılmışdı. Xatırladaq ki, iyun ayının 15-i Ermənistanın Gümrü şəhərində 102 saylı Rusiya hərbi bazasının hərbi qulluqçusunun cəsədi tapılıb. Meyit "Ana Ermənistan" kompleksinin ərazisində aşkar edilib. Əsgərin bədənində bıçaq xəsarətləri aşkarlanıb. Qətli törətməkdə şübhəli bilinən Rusiya hərbi bazasının digər hərbi qulluqçusu saxlanılıb. Məlumata görə, saxlanılan şəxs cinayəti əsgər yoldaşı ilə məişət zəminində yaranan münaqişə zamanı törətdiyini etiraf edib. Teqlər : #Ermənistanda qətlə yetirilən rusiyalı hərbçinin işinə Rusiyada baxılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri Azərbaycan Ordusunun mövqelərini 85 dəfə atəşə tutublar Azərbaycan MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 80 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'