Ermənistan Müdafiə Nazirliyi: Azərbaycanlı hərbçilər erməni tərəfə keçməyiblər

Azərbaycanlı hərbçilər erməni tərəfə keçməyiblər. Bunu Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan özünün Facebook səhifəsində yazıb. O, Azərbaycan ordusunun iki əsgəri – Musa Musayev və Sabir Yorçiyevin azaraq erməni tərəfə keçməsi barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatını şərf edərkən bildirib.
 
Onun sözlərinə görə, iyunun 23-də saat 15:00-da Qırmızı Xaç Komitəsinin Yerevan ofisi Müdafiə Nazirliyinə belə bir məlumatla müraciət edib ki, azərbaycanlı hərbçilər Tavuş vilayətinin Vazaşen kəndi yaxınlığında  sərhəd hissəsində azaraq minaya düşə bilər və onları oradan çıxarmaq lazımdır.
 
Ermənistan Müdafiə Nazirliyinin zəmanəti təqdim olunub, lakin azərbaycanlı hərbçilər erməni tərəfə keçməyiblər”, - Ovannisyan yazıb.

Google+ WhatsApp ok.ru