Ermənistanda hökumət əleyhinə yeni etiraz dalğası

"Ayağa qalx, Ermənistan" hərəkatı mübarizənin birinci mərhələsinə başlayır. iyulun 27 – 31-də Yerevanın və başqa şəhərlərin əsas küçələri bağlanacaq.

Trend-in Ermənistan KİV-nə isitnadən verdiyi məlumata görə, bu barədə iyulun 17-də hərəkatin üzvləri Azadlığın meydanında keçirilən mitinqdə bildiriblər.

"Biz mübarizəmizi davam edirik, qapıda qapıya vərəqələri paylayacağıq. Biz müvəffəqiyyət əldə edəcəyik, - "Miras" partiyasının mətbuat katibi David Sanasaryan bildirib.

Bundan sonra hərəkat konstitusiya islahatlarına qarşı mübarizəyə başlamaq niyyətindədir. /

 

Google+ WhatsApp ok.ru