Ukrayna ordusu “Sağ sektor”u mühasirəyə aldı

Ukrayna hərbçiləri Zakarpatiyadakı Yavirnik dağını mühasirəyə alıblar.    

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb.    

Mətbuatın məlumatına görə, hərbçilər məhz bu ərazidə “Sağ sektor”un döyüşçülərinin gizləndiyini güman edirlər. Hazırda əməliyyata “Donbas” batalyonu da qoşulub.      

Qeyd edək ki, son bir neçə həftə ərzində “Sağ sektor”la Ukrayna ordusu arasında gərginlik yaşanır. Ordu hazırda ölkə ərazisində millətçi təşkilatın döyüşçülərini tərksilah edir.  /

Google+ WhatsApp ok.ru