Ermənistanda baş nazirin sabiq müavini tutuldu

Maide.az Ermənistan mediasına istinadən xəbər verir ki, ölkənin baş nazirinin keçmiş müavini Vaqan Şirxanyan həbs edilib. Bildirilir ki, o, cinayətkar qruplaşmada iştirak etməkdə günahlandırılıb.
İttiham aktına görə, keçmiş nazir müavinini 6 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.
 
Xatırladaq ki, Vaqan Şirxanyan 1995-1999-cu illərdə Ermənistanın baş nazirinin müavini vəzifəsində çalışıb.

Google+ WhatsApp ok.ru