Erməni silahlı bölmələri Ağdamda məktəblini yaralayıb

Erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsinə azərbaycanlı məktəbli yaralanıb.  
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb.
 
Ağdam rayonunun Çıraqlı kənd sakini, 1999-cu il təvəllüdlü, 11-ci sinif şagirdi Məmmədov Çoşqun Ələddin oğlu qolundan və ayağından iki güllə yarası alıb.
 
Yaralı məktəbli Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Google+ WhatsApp ok.ru