Ermənilərin atdığı mərmi Tərtərdə dinc sakini yaralayıb

Erməni silahlı qüvvələrinin atdığı mərmilərdən biri Tərtər rayonun Düyərli kəndində həyətyanı sahəyə düşüb.  
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Əliyeva Mehparə Nəbi qızı çoxsaylı qəlpə yaraları alıb.
 
Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Google+ WhatsApp ok.ru