Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan DİN-in polis baş serjantı yaralanıb 07 Aprel 2016 01:00 Hərb Aprelin 6-da Goranboyun Tapqaraqoyunlu kəndinin atəşə tutulması nəticəsində xidməti vəzifəsini yerinə yetirən polis baş serjantı Ramiq Zeynalov da baş nahiyəsindən ağır yaralanıb və təcili olaraq Daxili İşlər Nazirliyinin (DİN) general-leytenant Arif Heydərov adına Respublika Hospitalına gətirilib. Bu barədə Maide.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. İntensiv terapiya şöbəsinə yerləşdirilən yaralıya həkimlər tərəfindən cərrahi müdaxilə edilib, bütün digər lazımı tədbirlər görülüb. Hazırda onun vəziyyəti orta ağırdır. Aprelin 7-də R.Zeynalova baş çəkən respublika daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev onun səhhəti ilə maraqlanıb, tibb personalına müvafiq göstərişlərini verib. Teqlər : #Ermənilərin açdığı atəş nəticəsində Azərbaycan DİNin polis baş serjantı yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhəyanı bölgələrdə minatəmizləyənlərdən ibarət çevik qruplar yaradılıb Müdafiə Nazirliyi: Erməni silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 110 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'