Erməni silahlı bölmələri atəşkəs rejimini pozub 22 İyun 2016 01:00 Hərb Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub. Bu barədə Maide.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Çinari və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. Füzuli rayonunun Horadiz kəndi yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. / Teqlər : #Erməni silahlı bölmələri atəşkəs rejimini pozub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni silahlı bölmələri atəşkəsi 12 dəfə pozub MN: Erməni silahlı bölmələri atəşkəs rejimini 9 dəfə pozub
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'