Ermənistanda etiraz aksiyalarında iştirak edən 83 nəfər tutuldu

Ermənistanda etiraz aksiyalarında iştirak edən 83 nəfər tutuldu

-- yollar yük maşınları ilə mühasirəyə alınıb

Bu gün Ermənistanda hüquq-mühafizə orqanları etiraz aksiyalarında iştirak edən 83 nəfəri saxlayıb.
 
Maide.Az "APA-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan bildirib.
 
Etiraz aksiyalarının təşkilatçısı, parlamentin üzvü Nikol Paşinyan isə yolların yük maşınları ilə mühasirəyə alındığını açıqlayıb. O bildirib ki, plan baş tutarsa, “məxməri inqilab” bir neçə günə başa çatacaq.
 
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın baş nazir olması ilə bağlı etiraz aksiyaları aprelin 13-dən başlayıb. Etirazlara baxmayaraq, aprelin 17-də Serj Sarkisyan parlamentdə keçirilən xüsusi iclasda bu posta təyin olunub.
 
Ölkə Konstitusiyasına edilən dəyişikliyə əsasən, Ermənistan parlament üsul idarəçiliyinə keçir və prezidentin səlahiyyətləri baş nazirə verilir.
 
 
 

Google+ WhatsApp ok.ru