Ermənistanda etirazlar davam edir

Ermənistanda etirazlar davam edir

-- bu dəfə 2 şəhərdə

Ermənistanda etiraz aksiyalarının lideri, müxalif deputat Nikol Paşinyan və tərəfdarları ölkənin şimal rayonlarında avtoyürüşə başlayıblar.
 
Maide.Az "Trend"-ə istinadən xəbər verir ki,  N.Paşinyan "Facebook" səhifəsində yazıb: "Biz İcevana yollanırıq. Orada saat 14:00-da mitinq olacaq. Saat 17:00-da isə Vanadzorda mitinq keçiriləcək".
 
 Ötən gün müxalifətin Yerevan-Gümrü avtoyürüşü Ermənistanın ikinci böyük şəhərində minlərlə insanın iştirak etdiyi mitinqlə başa çatıb.
 
Qeyd edək ki, Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən başlayıb. S.Sarkisyan vəzifəsindən istefa versə də, etirazlar davam edir.
 

Google+ WhatsApp ok.ru