ETSN: Gədəbəyin Hacılar kəndindəki sürüşmə aktiv fazadadır

ETSN: Gədəbəyin Hacılar kəndindəki sürüşmə aktiv fazadadır

 
“Gədəbəyin Hacılar kəndindəki sürüşmə aktiv fazadadır, proses tam dayanmayıb”.
 
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O qeyd edib ki, Hacılar kəndi 45-65 metr mailliyi olan dağlıq ərazidə yerləşir: “İyul-avqust aylarında yağan güclü leysan yağışlar nəticəsində həmin ərazidə də sürüşmə baş verib. Sürüşmənin uzunluğu 300 metr, eni 50-70 metrdir, qırılma qaşının hündürlüyü isə 8-12 metrdir. Kütlənin dil hissəsi sürüşərək, kəndarası yolu tamamilə yararsız vəziyyətə salıb. Gediş-gəliş dayanıb”. (apa) /

Google+ WhatsApp ok.ru