Sabah bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

Sabah bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

 

Bakıda və Abşeron yarımadasında Sentyabrın 08-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Rayonlarda sentyabrın 08-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gündüz arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacaq. /

 

Google+ WhatsApp ok.ru