Evi sökülən “Sovetski” sakini özünü yandırdı

Az əvvəl Bakının “Sovetski” kimi tanınan məhəlləsində evinin sökülməsinə və buna görə verilən kompensasiyanın azlığına etiraz edən sakin özünü yandırıb.

Bu dəhşətli intihar hadisəsi haqda məlumatı “İnterfaks-Azərbaycan” agentliyinə şahidlər veriblər.

Bildirilir ki, insident Mirzağa Əliyev küçəsi, 108 ünvanında baş verib. Hazırda həmin küçədə evlərin sökülməsi prosesi gedir. Özünü yandıran şəxsin kimliyi hələlik məlum deyil, ancaq onun sökülən evinə görə kompensasiyanın azlığına etiraz olaraq bu addımı atdığı deyilir.

Hadisə yeri güclü mühafizə altına alınıb, jurnalistlər və digər şəxslər əraziyə buraxılmır. Təfərrüatları dəqiqləşdirməyə çalışırıq. /

 

Google+ WhatsApp ok.ru